Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir

Posted by

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdirAzərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sentyabrın 19-da ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar və Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun məsul əməkdaşları ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat vermiş, 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır.
Əli Həsənov diqqətə çatdırmışdır ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımıza ən böyük yardımı ABŞ-ın qeyri-hökumət təşkilatları göstərmişdir. Son 20 ildə beynəlxalq humanitar təşkilatlar Azərbaycana 900 milyon ABŞ dolları məbləğində yardım göstərmişlər. Bu məbləğin 450 milyon dolları ABŞ-a məxsus QHT-lərin payına düşür.
Səfir Riçard Morninqstar, Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun qaçqın məsələləri üzrə regional əlaqələndiricisi Coşua Fişeli, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan, səfirliyin hərbi əməkdaşlıq idarəsinin nümayəndəsi Bob Piters Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər. Rəsmi Vaşinqtonun qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaqlar bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırmışlar.
Görüşdə, həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və dünyada cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunmuşdur.