Azərbaycanda orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yeni kreditlər müəyyənləşdirilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”na edilən yeni dəyişikliklərə əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsil alanlar üçün 120-180, ümumi orta təhsil bazasından təhsil alanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən qazanılması məcburidir. Bununla yanaşı, təhsil alanların auditoriya dərsləri həftədə 30 saatı aşmamalıdır.
Kabinetin yeni qərarı ilə yay tətili semestrinin müddəti müəyyənləşdirilib. Yeni qaydalar görə, tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftəlik yay semestri də təşkil oluna bilər.
Hər tədris ilində tətil müddəti 8-12 həftədir. Əvvəllər isə tətilin müddəti 7-12 həftə idi.
Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yeni kreditlər müəyyənləşdirilib
Posted by