Parlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır

Posted by

Parlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır

Parlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanırParlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə Böyük Britaniyanın Lordlar Palatasının üzvü, “Global Counsel” təşkilatının sədri Piter Mandelson deyib.
Onun sözlərinə görə, münaqişə, heç şübhəsiz ki, regiona qeyri-sabitlik gətirib: “Bu qeyri-sabitliyin tərəflər arasında münaqişənin sülh yolu ilə nizamlanması vasitəsilə aradan qaldırılması böyük əhəmiyyət kəsb edir”.
P.Mandelson qeyd edib ki, bu missiya ATƏT-in Minsk qrupuna həvalə edilib: “Biz ümid edirik ki, Minsk qrupunun bu istiqamətdə səyləri uğurlu olacaq”.