Azərbaycanda ən çox aparılan notariat əməliyyatları hansılardır?

Posted by

Azərbaycanda ən çox aparılan notariat əməliyyatları hansılardır?Azərbaycanda ən çox aparılan notariat əməliyyatları hansılardır?

Azərbaycanda ən çox aparılan notariat əməliyyatları hansılardır?

Ötən il 2013-cü illə müqayisədə Azərbaycanda aparılan notariat əməliyyatlarının sayı 7,3 faiz artıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ildə ölkədə 3 milyon 562 min notariat əməliyyatları aparılmışdısa, 2014-cü ildə bu rəqəm 3 milyon 822 min təşkil edib. Bu isə 7,3 faiz artım deməkdir: “Əməliyyatların əksəriyyəti daşınmaz əmlakın alqı-satqısı, ipoteka müqavilələri və etibarnamələrin verilməsi ilə bağlı olub. Sadalanan bütün bu əməliyyatların sayı da 2013-cü illə müqayisədə xeyli artıb”.

 

Trend.az