Azərbaycanda məhkəmə hakimlərinə sui-qəsd törədənlərə qarşı cəzalar son həddə qədər ağırlaşdırılır

Posted by

Azərbaycanda məhkəmə hakimlərinin və istintaqı həyata keçirən şəxslərin həyatına törədiləcək sui-qəsdlərlə bağlı yeni sanksiyalar tətbiq olunur, cəzalar son həddə qədər ağırlaşdırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla Cinayət Məcəlləsinin 287-ci maddəsinə (Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmə) dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni fəaliyyətlərinə mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı iclasçıların, habelə prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, icra məmurunun, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etməyə görə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Maddənin hazırkı cəzası 12 ildən 15 ilə qədərdir.

Apa.az