Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edib

Posted by

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edibAzərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edib

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edib

Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərində seçici aktivliyi ilə bağlı yekun göstərici açıqlanıb.

 

APA-nın məlumatına görə, bu gün saat 19:00-da bələdiyyə seçkilərində səsvermə prosesi başa çatıb.

 

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14nəfər səs verib.

 

Bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 min 77 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edirlər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər.

 

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib.

 

Apa.az