Azərbaycanda insan hüceyrələrinin transplantasiyasına icazə verilməsi barədə layihə hazırlanacaq

Posted by

Azərbaycanda insan hüceyrələrinin transplantasiyasına icazə verilməsi barədə layihə hazırlanacaqAzərbaycanda insan hüceyrələrinin transplantasiyasına icazə verilməsi barədə layihə hazırlanacaq

Azərbaycanda insan hüceyrələrinin transplantasiyasına icazə verilməsi barədə layihə hazırlanacaq

Azərbaycanda insanın kök hüceyrələrinin transplantasiyasına icazə verilməsi təklif olunur.

 

APA – nın məlumatına görə, təklif Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Təklifi səsləndirən komitə sədrinin müavini Musa Quliyev buna səbəb olaraq vətəndaşların müraciətini əsas gətirib. O qeyd edib ki, bu məsələ qanunvericilikdə hələ də təsbit olunmadığından Azərbaycanda bir sıra problemlər yaşanır: “Biz orqan transplantasiyası, dağınız skleroz ilə bağlı qanunvericilikdə yeniliklər qəbul etdik. Amma insanda kök hüceyrələrinin köçürülməsi qanunda yer almadığından, buna icazə verilmədiyindən ciddi problemlər yaşanır. Məsələn, bunun icazəli olduğu ölkələrdə, Türkiyədə, İranda qanuni şəkildə kök hüceyrələrini Azərbaycana gətirmək istəyən təbii olaraq onu gömrükdən keçirə bilmir, nəticədə qaçaqmalçılıq baş verir. Ona görə də biz təxirə salınmadan bunu qanunvericiliyimizdə qeyd etməliyik ki, Azərbaycanda buna rəsmi icazə verilsin”.

 

Təklif komitə üzvləri tərəfindən də dəstəklənib və növbəti sessiyada bununla bağlı layihənin hazırlanması nəzərdə tutulub.

 

Apa.az