Azərbaycanda hərbi tibb sahəsi üzrə rezidenturaya qəbul imtahanlarının tarixi açıqlandı

Posted by

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi bu ilin iyul ayında keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur.

Digər ixtisaslar üzrə rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da, ikinci mərhələsi isə iyulun 27-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyul tarixlərində keçiriləcək.

2014-2015-ci tədris ili üzrə rezidenturaya qəbul olmaq üçün 1412 nəfər sənəd verib.

Trend.az