Azərbaycanda əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək

Posted by

Azərbaycanda əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcəkAzərbaycanda əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək

Azərbaycanda əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsini öyrənəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bununla bağlı sorğu-tədqiqatların bu ilin sonuna kimi aparılması nəzərdə tutulur. Bu sorğu zamanı əhalinin səhiyyə xidmətlərinə etimad səviyyəsi öyrəniləcək.

Tədqiqatlar yalnız dövlət tibb müəssisələrində göstərilən xidmətləri əhatə edəcək. Sorğu ölkə üzrə seçmə əsasında aparılacaq.

Bununla yanaşı, qadınlar arasında məişət zorakılığı ilə bağlı sorğu-tədqiqatların keçirilməsi də planlaşdırılır.

 

Trend.az