Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində memorandum imzalanıb

Posted by

Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində memorandum imzalanıb

Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində memorandum imzalanıb

Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində memorandum imzalanıb

Azərbaycan Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti və “Vətəndaş cəmiyyətində debatlar” İctimai Birliyi çərşənbə axşamı ölkədə gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində əməkdaşlıq memorandu imzalayıblar.

Trend-in məlumatına görə, sənəd “Youth Inc” gənclər sahibkarlıq proqramının ikinci mərhələsinin təqdimatı zamanı Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Oleq Piletski və “Vətəndaş cəmiyyətində debatlar” İctimai Birliyinin sədri Seymur Hüseynov tərəfindən imzalanıb.

Memorandum “Youth Inc” proqramının birgə inkişafını, gənc sahibkarlara dəstəyi, eləcə də bu sahədə gənclər üçün xüsusi vasitə və imkanların yaradılmasını nəzərdə tutur.

İntiqam Babayevin sözlərinə görə, nazirlik gənclərin təşəbbüslərinin dəstəklənməsinə öz töhfəsini verməyə çalışır: “Artıq bu proqramın ilk nəticələri var və biz ümid edirik ki, o, gələcəkdə daha məhsuldar olacaq. Bu gün ölkədə yürüdülən siyasət sayəsində, Azərbaycanda çoxlu sayda müxtəlif miqyaslı layihələr reallaşdırılır. Hesab edirəm ki, buna oxşar proqramların reallaşdırılması Azərbaycanın gələcək iqtisadi inkişafının təmin olunmasında öz rolunu oynayır”.

Bundan əlavə, tədbir çərçivəsində youthinc.az veb-saytının təqdimatı da keçirilib. Onun köməyi ilə gənc sahibkarlar məlumat mübadiləsi apara, öz məhsul və xidmətlərini təqdim edə, öz təcrübələrinin başqa iş adamları ilə bölüşə biləcəklər. Gələcəkdə portal çərçivəsində maarifləndirici tematik blok yaradılacaq.

Tədbirin gedişində Azərbaycan dilində biznes-inkubasiyası üzrə ilk kitab “Youth Inc: Biznes-inkubasiya proqramlarının yaradılması və inkişafı” kitabı təqdim edilib. Kitab texniki-iqtisadi əsaslandırma, eləcə də biznes-inkubatorların yaradılmsı və idarə olunması həsr olunub.

“Youth Inc” proqramı 2013-cü ilin sentyabrında işə salınıb. Proqram çərçivəsində Bakıda, Sumqayıtda, Gəncədə və Şəkidə dörd biznes klubu yaradılıb. Onlarda təxminən iki min gənc təhsil alır.

 

Trend.az