Azərbaycanda dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı artır

Posted by

Azərbaycanda dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı artır

Azərbaycanda dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı artır

Azərbaycanda dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı artır

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində işlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunub, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilib, ayrı-ayrı ünvanlarda sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilib, onların ümumi yığıncaqlarının keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilib, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşürlər paylanıb.

Görülmüş işlərin nəticəsidir ki, artıq Bakı şəhərinin Binəqədi rayonu, S.S.Axundov küç., 4, İ.Dadaşov küç. 90 və 91a ünvanlarında yerləşən binalarda “Binəqədi-1”, həmin rayonda Naxçıvani küçəsi, 33a ünvanındakı binada “Binəqədi-2”, Yasamal rayonu, M.İ.Hinduşah Naxçıvani küç., 14 ünvanında “Yasamal-2” və Nəsimi rayonu, C.Səlimov küç., 7 ünvanında “Nəsimi-2” mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılaraq Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə iyirmidən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

 

Trend.az