Azərbaycanda bir sıra rayonların polis şöbələrində saxlanma şəraitinin təkmilləşdirilməsi tövsiyə edilib

Posted by

Azərbaycanda bir sıra rayonların polis şöbələrində saxlanma şəraitinin təkmilləşdirilməsi tövsiyə edilib

Azərbaycanda bir sıra rayonların polis şöbələrində saxlanma şəraitinin təkmilləşdirilməsi tövsiyə edilibAzərbaycanda bir sıra rayonların polis şöbələrində saxlanma şəraitinin təkmilləşdirilməsi tövsiyə edilib

Azərbaycanın şimal rayonlarındakı polis şöbələrinin müvəqqəti saxlama yerlərində (MSY) saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları müvafiq başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları bu günlərdə Mingəçevir şəhəri, Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının polis şöbələrinin MSY-lərinə baş çəkiblər.
Başçəkmələrin məqsədi bu müəssisələrdə saxlanılma şəraiti, rəftar və sənədləşmənin araşdırılması olub. Ombudsmanın nümayəndələri başçəkmələr zamanı MSY-lərdə şəxslərin saxlanma şəraiti ilə tanış olub, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxıblar. Həmin şəxslərə hüquqları izah edilib. Araşdırma zamanı hər hansı pozuntu halı müşahidə edilməyib.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.