Azərbaycanda autizm xəstəliyi ilə bağlı xüsusi qanunun qəbulu nəzərdə tutulur

Posted by

Azərbaycanda autizm xəstəliyi ilə bağlı xüsusi qanunun qəbulu nəzərdə tutulurAzərbaycanda autizm xəstəliyi ilə bağlı xüsusi qanunun qəbulu nəzərdə tutulur

Azərbaycanda autizm xəstəliyi ilə bağlı xüsusi qanunun qəbulu nəzərdə tutulur

Azərbaycanda autizm (neyro-psixiatrik pozuntu) xəstəliyi ilə bağlı xüsusi qanunun qəbulu nəzərdə tutulur.

 

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə tərəfindən irəli sürülüb.

 

Komitə sədrinin müavin Musa Quliyev bildirib ki, bu təklifin irəli sürülməsinə səbəb vətəndaşlar tərəfindən edilən müraciətlərdir.

 

O qeyd edib ki, hazırda qeyri-rəsmi statistikaya görə, Azərbaycanda 4 mindən çox autizm xəstəliyindən əziyyət çəkən var: “Amma rəsmi statistika 2 mindir. Ona görə ki, ucqar rayonlarda kifayət qədər maariflənmə olmadığından, insanlar bu xəstəliyi dərk edib həkimə müraciət edə bilmirlər, nəticədə onların bir çoxu qeydə alınmır. Nəzərə alaq ki, bir sıra məişət hadisələrinin çoxu da bu xəstəliklərin ucbatından baş verir”.

 

Təklif komitə üzvləri tərəfindən bəyənilib və növbəti sessiyada sözügedən qanun layihəsinin hazırlanmasına müsbət rəy verilib.

 

Apa.az