Azərbaycanda çağırışçılar hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənəcəklər

Posted by

Azərbaycanda çağırışçılar hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənəcəklərAzərbaycanda çağırışçılar hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənəcəklər

Azərbaycanda çağırışçılar hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənəcəklər

Hərbi xidmətə çağırılan gənclər oktyabr ayından etibarən hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənə biləcəklər. Bu barədə Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kapitan Nurəddin Heydərov deyib.

Onun sözlərinə görə, həqiqə hərbi xidmətə yollanan çağırışçılar artıq oktyabr ayından etibarən hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənə biləcəklər: “Yeni sistem artıq oktyabr ayındakı çağırış vaxtı istifadəyə veriləcək. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə biləcəklər”.

N.Heydərov qeyd edib ki, yeni sistemin üzərində son tamamlama işləri gedir və artıq oktyabr ayından bu sistemdən istifadə etmək olacaq: “Xidmət pulsuz olacaq”.

Yalnız mobil operatorlar tərəfindən qısa mesaja görə hansısa kiçik məbləğ tutula bilər.

 

Trend/az