Azərbaycanda ali məktəb nəzdində ilk dəfə olaraq uşaq bağçası yaradılacaq

Posted by

Azərbaycanda ali məktəb nəzdində ilk dəfə olaraq uşaq bağçası yaradılacaqAzərbaycanda ali məktəb nəzdində ilk dəfə olaraq uşaq bağçası yaradılacaq

Azərbaycanda ali məktəb nəzdində ilk dəfə olaraq uşaq bağçası yaradılacaq

Bakı Ali Neft Məktəbində Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil və media dialoqu” mövzusunda praktik konfransın ikinci paneli olub. APA-nın xəbərinə görə, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, media və təhsil dialoqu ali məktəbi idarə edən şəxslərə də lazımdır: “İctimaiyyətlə əlaqələr mövzusu bizi maraqlandıran, idarəçilikdə əsas istiqamətlərdən biri olmalıdır. Bizim ali məktəb üçün çox önəmli məsələdir. Bu vasitə ilə təkcə göstərilən fəaliyyətin KİV-də işıqlandırılması deyil, həm də ictimaiyyətə necə çıxmaq önəmlidir. Bundan sonra artıq mətbuat orqanı rəhbərlərinin təlimləri keçirilməlidir. Çünki yeniliklər olmadan inkişaf etmək mümkün deyil. Bu sahədə öyrənəcəyimiz şeylər hələ ki çoxdur”.

 

Bakı Ali Neft Məktəbi barədə məlumat verən rektor qeyd edib ki, ali məktəb üçün Qafqazın ən böyük kampusu tikilir. Hazırda tikinti işlərinin aparıldığını qeyd edən E. Qasımovun sözlərinə görə, gələn il sentyabrın 15-dən Bakı Ali Neft Məktəbi fəaliyyətini yeni kampusda davam etdirəcək: “Burada tələbələrin, müəllimlərin təhsili üçün hər bir şərait yaradılacaq. Hətta bu kampusda kiçik uşaq bağçası da olacaq ki, bu da gənc müəllimlərin uşaqları üçün nəzərdə tutulub”.

 

Sonra Bakı Ali Neft Məktəbi haqqında videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, tədbir “APA Holdinq” və “Azad Azərbaycan” televiziyasının informasiya dəstəyi ilə keçirilir.

 

Apa.az