Azərbaycanda çalışan diplomatların və ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları verilməsi qaydası dəyişib

Posted by

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı dövlət qeydiyyat nişanları verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi diplomatik, konsul kartoçkaları təqdim edilirdi.

Diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T” seriyalı dövlət qeydiyyat nişanları vermək üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xidməti kartoçkalar təqdim olunurdu.

Bundan sonra xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı, diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T” seriyalı dövlət qeydiyyat nişanları vermək üçün yalnız Azərbaycan XİN tərəfindən verilmiş qeydiyyata alınma haqqında vəsiqələr təqdim ediləcək.

Apa/az