Azərbaycanda 34 uşağın internat tipli dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Posted by

Azərbaycanda 34 uşağın internat tipli dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

 

Azərbaycanda 34 uşağın internat tipli dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Azərbaycanda 34 uşağın internat tipli dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

 

Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən məzunlar üçün bir otaqlı 120 mənzillik bina inşa ediləcək

 

2013-cü ildə Azərbaycanda 34 nəfər uşağın internat tipli dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb, 13 nəfər uşaq övladlığa verilib, 51 uşaq isə bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilə dair hesabatında qeyd olunub.

 

Məlumata görə, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində internat tipli dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayının ilbəil azalması təmin edilib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, yaşayır yeri olmayan, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən məzunlar üçün bir otaqlı 120 mənzillik binanın inşa edilməsi üçün zəruri tədbirlər görülüb.

 

Ötən il təhsil müəssisələrinə, şəhər və rayon təhsil şöbələrinə 3707 stolüstü kompyuter, 4853 noutbuk, 1976 proyektor və 2066 interaktiv elektron lövhələr verilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar distant tədris mərkəzi 161 ədəd müxtəlif zəruri elektron tədris vəsaitləri ilə təmin edilib. Görülən tədbirlər nəticəsində daha 70 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, belə təhsil müəssisələrinin sayı 1765-ə çataraq 2012-ci ildəki 31 %-dən 2013-cü ildə 39%-ə çatıb.

 

 

Apa.az