Azərbaycana 4 peyk lazımdır

Posted by

Azərbaycana 4 peyk lazımdırAzərbaycana 4 peyk lazımdır

Azərbaycana 4 peyk lazımdır

Azərbaycanın peyklər qrupu yaradılması yolu ilə getməsi vacibdir. Bu barədə Trend-ə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə zona bölməsinin rəhbəri Orozobek Kayıkov bildirib.

 

Onun sözlərinə görə, bu, xərc tələb edən iş olsa da, effektivliyin və peyk rabitəsi xidmətlərinin davamlılığının təminatı üçün Azərbaycana ən azı dörd peyk lazımdır: “Peyklər qrupunun formalaşması göstərilən peyk rabitəsi xidmətlərinin etibarlılığının təminatı üçün lazımdır ki, gözlənilməz şərait və fövqəladə vəziyyətlər yaranan zaman onlar bir-birilərini əvəz edə bilsinlər”.

 

Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, qurum “Azerspace-2” peyki üçün uzunmüddətli dövr üzrə orbital mövqenin alınması barədə ITU ilə danışıqlar aparır. İkinci peyk sistemi üçün 62 dərəcə şərq uzunluq dairəsində mövqe nəzərdə tutulub. Bir qədər əvvəl Azərbaycan tərəfindən həmin mövqenin alınması üçün sifariş verildi. Amma orbital mövqelərin koordinasiyası məsələsində problemlərin mövcudluğunu nəzərə alaraq, Azərbaycan xarici ölkələrdə orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar qəbul edib.

 

Azərbaycanın ikinci telekommunikasiya peyki üçün orbital mövqenin təyin edilməsi məsələsi bu yaxınlarda həll ediləcək. “Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır. Peykin tikintisi 30 ay vaxt aparacaq.

 

Trend.az