Azərbaycan vergi gəlirləri mənbələrinin ünvanlılığını artırır

Posted by

Azərbaycan vergi gəlirləri mənbələrinin ünvanlılığını artırırAzərbaycan vergi gəlirləri mənbələrinin ünvanlılığını artırır

Azərbaycan vergi gəlirləri mənbələrinin ünvanlılığını artırır

2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsində ölkənin rayon və şəhərlərinin yerli büdcələrinin gəlirlərinin stimullaşdırılması üçün dəyişikliklər edilib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, yerli büdcələrin xərclərinin və gəlirlərinin tənzimlənməsi üçün ayrılan vəsaitin yuxarı həddi şəhər və rayonların yerli büdcələrinin xərclərini təmin edə bilmirsə, belə şəhər və rayonlara dövlət büdcəsindən onların xərclərinin 10 faizini ötməyən həcmdə vəsaitin ayrılması nəzərdə tutulur.

 

V.Gülməmmədov qeyd edib ki, belə yanaşma dövlət büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlılığını artıracaq, rayon və şəhərlərin yerli büdcələrinin stimullaşdırılmasına kömək edəcək, eləcə də mərkəzi və yerli büdcələr arasında əlaqələrin tənzimlənməsinin yeni mexanizmini yaradacaq.

 

Trend.az