Müdafiə Nazirliyi: Cəbhədə gərginlik artıb

Posted by

Müdafiə Nazirliyi: Cəbhədə gərginlik artıbMüdafiə Nazirliyi: Cəbhədə gərginlik artıb

Müdafiə Nazirliyi: Cəbhədə gərginlik artıb

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 65 dəfə pozulub.

 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

Trend.az