Azərbaycan və Tacikistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Posted by

Azərbaycan və Tacikistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

 

Azərbaycan və Tacikistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Tacikistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

 

Bu gün Azərbaycanın Tacikistandakı Abbasəli Həsənov bu ölkənin əmək, miqrasiya və əhalinin məşğulluğu naziri xanım Sumanqul Taqoeva ilə görüşüb.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Tacikistan tərəfinin Azərbaycanla əməkdaşlığa hazır olduğunu qeyd edib.

Səfir Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sferasına uşaqdan qocaya qədər əhalinin bütün təbəqələrinin həyat və iş şaraitinin yaxşılaşdırılması kimi mühüm sahələrin daxil olduğunu bildirərək bu məqsədlə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

S.Taqoeva Tacikistanda ötən ilin statistikasına görə 779 min miqrantın işləmək üçün xaricə getdiyi, 57 min işsizin qeydiyyatda olduğu barədə məlumat verərək, ökənin əsas probleminin işsizlik olduğunu açıqlayıb. Qeyd edib ki, 1992-1997-ci illər vətəndaş müharibəsi ölkədə bir çox sosial problemlərin yaranmasına səbəb olub. Hazırda respublikada bərpa proqramları həyata keçirilir. Bunun üçün xüsusi məşğulluq proqramları hazırlanıb, lazımi sahələr üzrə kadr hazırlığına başlanılıb.

Tərəflər müvafiq qurumlar arasında əməkdaşlıq sazişinin imzalanmasının vacibliyini bildiriblər.

A.Həsənov Tacikistan-Əfqanıstan-Türkmənistan dəmiryolunun işə düşməsindən sonra bu marşrutun gələcəkdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə birləşdirilməsi perspektivlərinə toxunaraq Asiya-Qafqaz-Avropa və Asiya-Fars körfəzi-dünya bazarına çıxış kimi imkanların yaranmasının həmin ölkələrin iqtisadiyyatının güclənməsinə böyük təkan verə biləcəyini bildirib.

Səfir Azərbaycanda gedən inkişaf proseslərinə toxunaraq həmsöhbətinin diqqətinə çatdırıb ki, Azərbaycan geologiya, neft-qaz sənayesi sahəsində böyük təcrübəyə malikdir. O, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması probleminə diqqət çəkərək, nəticədə 1 milyondan artıq əhalinin qaçqın və məcburi köçkün vəziyyətniə düşdüyünü, Azərbaycanın işğal olunmuş rayonlarında qədim mədəniyyət abidələrinin, mədəni sərvətlərin vəhşicəsinə məhv edildiyini vurğulayıb: “Əgər işğal faktı olmasaydı, Azərbaycan indikindən ən azı on dəfə çox inkişaf edə bilərdi”.

Tərəflər hər iki ölkənin rəsmi şəxsləri arasında mütəmadi olaraq görüşlər keçirilməsinin, eləcə də mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil olunmasının və təcrübə mübadiləsi aparılmasının hər iki tərəf üçün faydalı ola biləcəyini hesab ediblər.

 

Trend.az