Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir

Posted by

Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir

 

Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir

Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir

 

Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir. Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərin cəbhə xəttindəki vəziyyətlə bağlı suallarını cavablandırarkən deyib.

 

Səfir bildirib ki, Fransa prezidentlərin sonuncu görüşünü müsbət qiymətləndirir: “Hər iki ölkə təxribatlardan çəkinməlidir. Təxribat gərginliyə səbəb olur və vəziyyəti daha da gərginləşdirir”.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub. Azərbaycan Milli Ordusu ermənilərin bir hərbi maşınını zərərsizləşdirib.

 

Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə erməni diversiya qrupunun qarşısını alıb.

 

Son olaraq yanvarın 28-də Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Müdafiə Nazirliyi bildirir ki, Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

 

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

 

Trend.az