Azərbaycan və Serbiya viza sadələşdirilməsi üzrə danışıqlar aparırlar

Posted by

Azərbaycan və Serbiya viza sadələşdirilməsi üzrə danışıqlar aparırlar

Azərbaycan və Serbiya viza sadələşdirilməsi üzrə danışıqlar aparırlar

Azərbaycan və Serbiya viza sadələşdirilməsi üzrə danışıqlar aparırlar

Serbiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ötən il üçün əsas hadisəsi prezident Tomislav Nikoliçin Azərbaycana ilk rəsmi səfəri olub.

 

Səfər zamanı iki ölkə arasında bir sıra vacib sənədlər, o cümlədən dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı.

 

Gün.Az xəbər verir ki, bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Voyoviç ölkənin milli bayramı – 15 fevral Dövlətçilik Günü münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

 

Serbiya və Azərbaycan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədə olduğunu deyən səfir bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığın uğurlu inkişafı üçün 26 saziş və müqavilədən ibarət kifayət qədər ciddi müqavilə-hüquq bazası yaradılıb:

 

“Daha bir neçə sənəd imzalanma ərəfəsindədir. Onların arasında iki ölkənin müvafiq nazirlikləri arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq haqqında memorandum layihəsi də var”.

 

Diplomatın sözlərinə görə, Azərbaycan və Serbiya bir-birlərini beynəlxalq arenada dəstəkləyir:

 

“İki ölkənin ölkələrin ərazi bütövlüyü, suverenliyi prinsipləri ilə bağlı eyni mövqedən çıxış edirlər. Azərbaycan və Serbiya bütün münaqişələrin beynəlxalq normalar və beynəlxalq təşkilatların qətnamələri əsasında həlli mövqeyindən çıxış edirlər”.

 

O deyib ki, ötən il iki ölkənin XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib və əsas müzakirə olunan məsələlərdən biri viza rejiminin sadələşdirilməsi olub:

 

“Biz tezliklə Azərbaycan və Serbiya arasında viza rejiminin sadələşdirilməsini istəyirik”.

 

Gun.az