Azərbaycan və Ruminiya XİN-ləri siyasi məsləhətləşmələr aparacaq

Posted by

Azərbaycan və Ruminiya XİN-ləri siyasi məsləhətləşmələr aparacaq

Gələn ay Azərbaycan və Ruminiya xarici işlər arasında siyasi məsləhətləşmələr keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ruminiyanın Azərbaycandakı səfiri Daniel Çiobanu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin XİN-ləri arasında müntəzəm xarici siyasət və ümumi maraq kəsb edən məsələlər üzrə müntəzəm və intensiv məsləhətləşmələr keçirilir.

Səfir qeyd edib ki, hər iki ölkənin XİN-ləri arasında gözəl əməkdaşlıq əlaqələri mövcuddur.