Azərbaycan və Qətər İKT sahəsində əməkdaşlıq barədə razılığa gəldilə
Azərbaycan və Qətər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.
Memorandum dekabrın 7-10-da Dohada keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının “ITU Telecom World-2014” Ümumdünya Sərgi-konfransı çərçivəsində bu gün imzalanıb.
Sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Qətərin informasiya-kommunikasiya texnologiyaları naziri Həssa Sultan əl-Cabir imzalayıblar.
Memorandum iki ölkə arasında telekommunikasiyalar, İT sahibkarlığa (startap-layihələr) dəstək sahələrində əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, iki ölkənin əməkdaşlığının prioritet sahələrindən biri qismində nanotexnologiyalar sahəsi nəzərdən keçirilir.
Azərbaycan pavilyonunun işinin əsas məqsədləri aşağıdakılardır: iştirakçıları və ziyarətçiləri Azərbaycan iqtisadiyyatı ilə tanış etmək, telekommunikasiyalar və yüksək texnologiyalar sahəsində texniki həllərin təqdimatı.
Trend.az