Azərbaycan və Qətər İKT sahəsində əməkdaşlıq barədə razılığa gəldilə

Posted by

Azərbaycan və Qətər İKT sahəsində əməkdaşlıq barədə razılığa gəldiləAzərbaycan və Qətər İKT sahəsində əməkdaşlıq barədə razılığa gəldilə

Azərbaycan və Qətər İKT sahəsində əməkdaşlıq barədə razılığa gəldilə

Azərbaycan və Qətər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

 

Memorandum dekabrın 7-10-da Dohada keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının “ITU Telecom World-2014” Ümumdünya Sərgi-konfransı çərçivəsində bu gün imzalanıb.

 

Sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Qətərin informasiya-kommunikasiya texnologiyaları naziri Həssa Sultan əl-Cabir imzalayıblar.

 

Memorandum iki ölkə arasında telekommunikasiyalar, İT sahibkarlığa (startap-layihələr) dəstək sahələrində əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, iki ölkənin əməkdaşlığının prioritet sahələrindən biri qismində nanotexnologiyalar sahəsi nəzərdən keçirilir.

 

Azərbaycan pavilyonunun işinin əsas məqsədləri aşağıdakılardır: iştirakçıları və ziyarətçiləri Azərbaycan iqtisadiyyatı ilə tanış etmək, telekommunikasiyalar və yüksək texnologiyalar sahəsində texniki həllərin təqdimatı.

 

Trend.az