Azərbaycan və Qazaxıstan hərbi sənaye sektorunda əməkdaşlıq potensialını müəyyənləşdirəcək

Posted by

Azərbaycan və Qazaxıstan hərbi sənaye sektorunda əməkdaşlıq potensialını müəyyənləşdirəcək.

Bu barədə APA-ya Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Aprelin sonlarında Qazaxıstan müdafiə nazirinin Azərbaycana səfəri zamanı müdafiə sənayesi sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub. Bu istiqamətdə tərəflər fəaliyyət planı hazırlamaq barədə qərara gəliblər.

Yaxın vaxtlarda əməkdaşlıq imkanlarını müzakirə etmək və müəyyənləşdirmək üçün Qazaxıstan Müdafiə Nazirliyinin hərbi sənaye idarəsinin, eləcə də bu ölkədə fəaliyyət göstərən aparıcı hərbi şirkətlərdən nümayəndələrin Azərbaycana səfəri nəzərdə tutulur.

“Düşünürük ki, ölkələrimiz bir çox sferalarda – hərbi elektronika, atıcı silahlar və döyüş sursatlarının istehsalı, optika, dəniz sənayesi kimi sahələrdə birgə layihələr reallaşdıra bilərlər. Eləcə də Azərbaycanın hərbi texnika və aviasiya texnikalarının modernləşdirilməsi, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahəsində təcrübəsi var”, – deyə məlumatda bildirilib.

Qazaxıstan tərəfi Azərbaycanda istehsal edilən bəzi məhsulların idxalını, eləcə də Azərbaycana zirehli nəqliyyat vasitələri və helikopterlərin ixracını mümkün sayır.

Apa.az