Azərbaycan və Polşa əməkdaşlığın yeni istiqamətlərini axtarırlar

Posted by

Azərbaycan və Polşa əməkdaşlığın yeni istiqamətlərini axtarırlar

Azərbaycan və Polşa əməkdaşlığın yeni istiqamətlərini axtarırlar

 

Azərbaycan və Polşa əməkdaşlığın yeni istiqamətlərini axtarırlar

Azərbaycan və Polşa hökumətləri iqtisadi sahədə əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirəcəklər.

 

Polşanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, danışıqlar iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının dekabrın 15-də Bakıda keçiriləcək VII iclası çərçivəsində keçiriləcək.

 

İclasda iştirak etmək üçün Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinksinin başçılıq etdiyi hökumət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

İclasda qarşılıqlı əmtəə dövriyyəsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Polşa tərəfi, həmçinin Azərbaycana Polşa investisiyalarının yatırılması məsələsini müzakirə etmək niyyətindədir.

 

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Natiq Əliyev, Polşa tərəfdən isə Y.Pexoçinskidir.

 

İki ölkənin sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektiv sahələr aqrar sektoru, ərzaq məhsulları istehsalı və b. ola bilər.

 

Trend.az