Azərbaycan və Norveç arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər imzalanıb

Posted by

Dekabrın 3-də Azərbaycanın xarici işlər nazirinin müavini cənab Xələf Xələfovla Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bord İvar Svendsen arasında Xarici İşlər Nazirliyində görüş keçirilib və iki ölkə arasında münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb.

İmzalanmış sənədlər Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını və Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.

Sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Trend.az