Azərbaycan və Macarıstan hava əlaqəsi haqqında sazişin müddətini uzatmağı planlaşdırırlar

Posted by

Macarıstan tərəfi “Wizz Air” aviaşirkətinin təyyarələri ilə Budapeşt-Bakı-Budapeşt birbaşa reyslərinin həyata keçirilməsinin müddətinin uzadılması imkanı ilə bağlı Azərbaycan Mülki Aviasiya Administrasiyasından cavab gözləyir. Bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

Onun sözlərinə görə, Bakı və Budapeşt arasında birbaşa aviareyslər iki ölkənin mülki aviasiya administrasiyalarının əməkdaşlıq haqqında imzaladıqları memoranduma uyğun həyata keçirilir. Memorandumun qüvvədə olma müddəti 2014-cü ilin aprelin 8-də başa çatıb, bundan sonra sənəd daha 3 ay müddətinə uzadılıb.

Diplomat qeyd edib ki, sonuncu müddət iyulun 8-də başa çatır: “Macarıstan memorandumun qüvvədə olma müddətinin uzadılması məsələsi üzrə artıq müraciət edib, lakin Azərbaycan Mülki Aviasiya Administrasiyasından hələ cavab almayıb”.

Təyyarələr Budapeştdən Bakıya bazar ertəsi və cümə günləri, əks istiqamətdə isə çərşənbə axşamı və şənbə günləri uçur. Reyslər “Airbus” təyyarələri ilə həyata keçirilir.

Trend.az