Azərbaycan və Koreya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq

Posted by

Azərbaycan və Koreya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaqAzərbaycan və Koreya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan və Koreya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq

Cənubi Koreyanın baş nazirinin Azərbaycana səfəri çərçivəsində müzakirə olunacaq prioritet məsələlər arasında hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər də yer alacaq.

 

APA-nın məlumatına görə, nümayəndə heyətində Koreya Respublikası Müdafiə Satınalmaları Proqramları Administrasiyasının (DAPA) yüksək vəzifəli əməkdaşları da təmsil olunur.

 

Nümayəndə heyətinin baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşündə hərbi-texniki sahədə perspektiv layihələrdə iştirak məsələləri gündəmdə olacaq. Həmçinin Koreya nümayəndə heyəti tərəfindən bir sıra texnologiyaların təqdimatları keçiriləcək.

 

Qeyd edək ki, cari ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2014 sərgisində Koreya şirkətləri təmsil olunub. Koreya Azərbaycanla müdafiə sənayesi və hərbi gəmiqayırma, hərbi dəniz sənayesi sahəsində əməkdaşlığa daha çox diqqət yetirir.

 

Cənubi Koreyanın baş naziri Çunq Honq Vonun Azərbaycana səfəri bu gün başlayır.

 

Apa.az