Azərbaycan İspaniyadakı səfirliyi işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısını almaq üçün İspaniya mətbuatında yazılar dərc etdirir
Azərbaycan İspaniyadakı səfirliyi bu ölkədən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlərin qarşısını almaq üçün mütəmadi olaraq İspaniya mətbuatında məqalələr dərc etdirir. Bu barədə APA-ya Azərbaycanın İspaniyadakı səfirliyinin 1-ci katibi Cavid Kazımov məlumat verib. O bildirib ki, yazılarda İspaniya ictimaiyyətinə bu cür səfərlərin qanunsuz olduğu xatırladılır.
Diplomat əlavə edib ki, İspaniya XİN-in rəsmi saytında Dağlıq Qarabağa səfərlərin məqsədəuyğun olmadığı haqda xəbərdarlıq yerləşdirilib. Onun sözlərinə görə, məşhur ispan opera müğənnisi Montserrat Kabalyenin Dağlıq Qarabağa qanunsuz səfərindən sonra İspaniya Xarici İşlər Nazirliyi bəyanatla çıxıb edərək bu səfərin şəxsi xarakter daşıdığını açıqlayıb: “Azərbaycan səfirliyi İspaniya XİN-ə nota təqdim edib. Cavabında da qarşı tərəf bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdədir”.