Azərbaycan səfiri etimadnaməsini Mozambikin Prezidentinə təqdim etmişdir

Posted by

Azərbaycan Respublikasının iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhəri olmaqla, eyni zamanda Mozambikdəki səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Armando Emilio Quebuzaya təqdim etmişdir.

Səfirlikdən AzərTAc-a bildirilmişdir ki, E.Poluxov Azərbaycanın Mozambikdə ilk səfiri olmasından məmnunluğunu bildirmiş və fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ölkəmizə səfərə dəvətini Prezident Armando Emilio Quebuzaya çatdırmışdır.

E.Poluxov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun lider dövlətinə çevrildiyini bildirmişdir. Vurğulamışdır ki, bu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.

Səfir Azərbaycanın Mozambik ilə müxtəlif sahələrdə təcrübəsini bölüşməyə hər zaman hazır olduğunu bildirmişdir.

Prezident Armando Emilio Quebuza öz növbəsində Prezident İlham Əliyevə salamlarını çatdırmağı xahiş etmişdir.

AzərTac.az