Azərbaycan səfiri etimadnaməsini Fici Respublikasının Prezidentinə təqdim etmişdir

Posted by

Azərbaycan səfiri etimadnaməsini Fici Respublikasının Prezidentinə təqdim etmişdir

Azərbaycan səfiri etimadnaməsini Fici Respublikasının Prezidentinə təqdim etmişdir

Azərbaycan səfiri etimadnaməsini Fici Respublikasının Prezidentinə təqdim etmişdir

Azərbaycanın Avstraliya İttifaqındakı və Fici Respublikasındakı səfiri Rövşən Cəmşidov etimadnaməsini Fici Respublikasının Prezidenti, Briqada Generalı Ratu Epeli Nailatikauya təqdim etmişdir.

Etimadnamənin təqdim edilməsindən sonra Fici Prezidenti ilə səfir arasında görüş keçirilmişdir. Görüşdə Prezident R.E.Nailatikau R.Cəmşidovu Azərbaycanın ölkəsinə təyin edilmiş ilk səfiri kimi təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Prezident bu təyinatın ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcəyinə ümidvar olduğunu demişdir. O, eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə Fici sülhməramlı qüvvələrinin İraqa göndərilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş, salamlarının Azərbaycan Prezidentinə və xalqına çatdırılmasını xahiş etmişdir.

Səfir R.Cəmşidov fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir. O, Fici Respublikasının Azərbaycana səfir təyin etmək barədə qərarının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini söyləmişdir.

Səfər çərçivəsində səfir R.Cəmşidovun Fici Respublikasının Baş nazirinin daimi katibi Pio Tikoduadua, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin daimi katibi Amena Yauvoli ilə də görüşləri olmuşdur.

 

AzərTac.az