Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Çində mərasim keçirilmişdir

Posted by

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Pekində mərasim keçirilmişdir.

Çin hökumətinin yüksək vəzifəli şəxslərinin, bir sıra ölkələrin Pekindəki səfirlərinin, hərbi attaşelərinin, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımızın iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənmişdir.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətlərinin hazırda daha da möhkəmləndiyini diqqətə çatdırmışdır. Azərbaycanda ordu quruculuğu prosesinin prioritet istiqamətlərdən biri olduğunu bildirən səfir ölkələrimizin bu sahədə də əməkdaşlığının əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın Çindəki hərbi attaşesi Nurulla Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Silahlı Qüvvələr modernləşdirilmiş və bölgənin ən güclü ordusuna çevrilmişdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.

Hərbi attaşe Çin tərəfinə beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.

Sonda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş film nümayiş etdirilmişdir.

AzərTac.az