Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyənin Soma rayonunda baş vermiş mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım kampaniyası keçirir

Posted by

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş vermiş mədən faciəsi nəticəsində həlak olmuş insanların ailə üzvlərinə yardım məqsədilə “Mərhəmətinizi əsirgəməyin!” adlı yardım kampaniyasına başlamışdır.

Bu barədə AzərTAc-a AzQAC-ın mətbuat xidmətindən bildirmişlər.

Məlumatda qeyd edilir ki, Türkiyədə baş vermiş mədən faciəsi nəticəsində həlak olmuş insanların doğma və yaxınlarının dərdinə biz də şərikik. Azərbaycan xalqı həmişə qardaş türk xalqının yanında olmuş və bu faciədə də onunla birlikdədir. Kampaniya faciədə dünyasını dəyişmiş insanların ailə üzvlərinə yardım olunması təklifi ilə çıxış edən insanların, xüsusilə Milli Məclisin deputatlarının təşəbbüsü nəzərə alınaraq başladılmışdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti əvvəllər də Türkiyənin Van vilayətində və İranın Şərqi Azərbaycan ərazisində baş vermiş zəlzələdən, Somalidəki səfalətdən əziyyət çəkənlərə maddi yardım məqsədilə belə kampaniyalar keçirmişdir. Yerli hökumət və qeyri-hökumət strukturları, ayrı-ayrı şəxslər, iş adamları, müxtəlif şirkətlər və Milli Məclisin deputatları bu kampaniyalarda fəal iştirak etmişlər.

Kampaniya barədə məlumat almaq istəyənlər 493-84-81 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

AzərTac.az