BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Azərbaycana səfərə gələcəkdir

Posted by

BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq üçün mayın 18-24-də Azərbaycanda səfərdə olacaqdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Hökumətinin dəvətinə əsasən həyata keçiriləcək səfər çərçivəsində Ç.Beyaninin ölkəmizdə müvafiq dövlət qurumlarının rəsmiləri, diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşləri, həmçinin Binəqədi, Abşeron və Ağdam rayonlarının ərazilərindəki yataqxanalarda, fin tipli qəsəbələrdə, yeni salınmış qəsəbə və yaşayış komplekslərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmaq üçün həmin rayonlara səfəri nəzərdə tutulmuşdur.

AzərTac.az