Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədədir

Posted by

Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədədir

Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədədir

Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədədir

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Tofiq Abdullayev bu ölkənin Baş naziri və daxili işlər naziri şeyx Abdulla bin Nasser Al Tani ilə görüşmüşdür.

Azərbaycanın Qətərdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Baş nazir ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etmişdir. Abdulla bin Nasser Al Tani Qətər-Azərbaycan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Baş nazir bu yaxınlarda Qətər İnvestisiya Qurumunun Bakıda keçirdiyi görüşlərin sərmayə qoyuluşu sahəsində gələcək əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirmişdir.

Səfir T.Abdullayev iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. O, iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması üçün konkret addımların bundan sonra da atılacağını diqqətə çatdırmışdır.

 

AzərTac.az