Azərbaycan prezidenti xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev tanınmış dirijor və bəstəkar, xalq artisti Tofiq Qəzənfər oğlu Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi T. Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Apa.az