Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşü

Posted by

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşüAzərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşü

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşü

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTac.az