Azərbaycan prezidenti ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri, xanım Tana de Zuluetanı qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkiləri üzrə görülən hazırlıq işlərinin vəziyyəti və seçkilərin keçirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.