Azərbaycan parlamenti Rusiya prezidentinin Bakıya səfəri zamanı imzalanmış sazişləri təsdiq edib

Posted by

Azərbaycan parlamenti Rusiya prezidentinin Bakıya səfəri zamanı imzalanmış sazişləri təsdiq edib

Azərbaycan parlamenti Rusiya prezidentinin Bakıya səfəri zamanı imzalanmış sazişləri təsdiq edibAzərbaycan parlamenti Rusiya prezidentinin Bakıya səfəri zamanı imzalanmış sazişləri təsdiq edib

Milli Məclisin bu gün keçirilən Azərbaycan və Rusiya arasında imzalanan sazişlər ratifikasiya edilib.

APA-nın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında”, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” sazişlər müzakirə olunub.

Qanun layihələrini təqdim edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu sazişlər Vladimir Putinin Azərbaycana səfəri zamanı imzalanıb, iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.

“Samur” – “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” saziş haqda məlumat verən “Azəryolservis” ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanov saziş haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycanla Rusiya arasında sərhədlərin müəyyən olunması Dağlıq Qarabağ problemi qədər həll edilən bir məsələdir: “İki ölkənin sərhədlərinin delimitasiyasından sonra Samur çayı üzərində körpünün tikilməsi çox tarixi hadisədir. Əvvəllər bu körpünün uzunluğu 260 metrə çatırdısa, hazırda tikilməsi nəzərdə tutulan yeni körpünün uzunluğunun 326 metrə qədər uzadılması nəzərdə tutulur. Bu körpü 11 aşırımlı olacaq və hər aşırımı 21 metrə çatacaq”.

Sazişlər səsə qoyularaq təsdiq olunub.