Azərbaycan-Pakistan dostluq əlaqələri bütün sahələr üzrə inkişaf edir

Posted by

Azərbaycan-Pakistan dostluq əlaqələri bütün sahələr üzrə inkişaf edir

Azərbaycan-Pakistan dostluq əlaqələri bütün sahələr üzrə inkişaf edir

 

 

Azərbaycan-Pakistan dostluq əlaqələri bütün sahələr üzrə inkişaf edir

Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələri bütün sahələr üzrə inkişaf edir. Pakistan Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamənin qəbul edilməsi əlaqələrimizin möhkəmlənməsinə bariz nümunədir.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu fikirləri Pakistan Senatının sədri vəzifəsini icra edən Sabir Əli Bəluc Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşdə söyləyib.

 

Görüşdə senatorlar, Milli Assambleyanın üzvləri, İslamabadda akkreditə olunmuş bir sıra ölkələrin səfirliklərinin nümayəndələri və tanınmış siyasi xadimlər də iştirak ediblər.

 

Sabir Əli Bəluc Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi layihələrə görə minnətdarlığını bildirib və bu nəcib missiyanın Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Səfir D.Şikarov tədbirdə çıxış edərək ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən söhbət açıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Səfir Azərbaycanda aparılan islahatlar, ölkəmizin əldə etdiyi nailiyyətlər və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan irimiqyaslı beynəlxalq tədbirlər barədə də məlumat verib.

 

AzərTac.az