Azərbaycan-İordaniya parlamentlərarası əlaqələri müzakirə olunub

Posted by

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələri müzakirə olunub

 

 

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin Nümayəndələr Palatasının sədri Atef Taravnehlə görüşündə parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb.

 

Səfir dövlətlərin əlaqələrinin möhkəmlənməsində qanunverici orqanların rolunu qeyd edib. S.Ağabəyov 2013-cü ildə İordaniya Senatının Xocalı faciəsi ilə bağlı qəbul etdiyi bəyanatı xatırladıb, Nümayəndələr Palatasının da bu faciəyə ədalətli qiymət verəcəyinə ümid etdiyini bildirib.

 

A.Taravneh ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsi üçün parlament sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

AzərTac.az