Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək

Posted by

Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcəkAzərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.

 

Parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.

 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 10 avqust 2014-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri, Ukraynadakı mövcud böhran, Vatslav Havel İnsan Hüquqları Mükafatının təsis olunması, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri, təhsildə yaxşı idarəçilik və keyfiyyətin artırılması və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.

 

Apa.az