Azərbaycan NATO-dakı zabitlərinin sayını artırır

Posted by

Azərbaycan NATO-dakı zabitlərinin sayını artırır

 

Azərbaycan NATO-dakı zabitlərinin sayını artırır

Azərbaycan NATO-dakı zabitlərinin sayını artırır

 

Bu ilin ortalarında NATO-nun strukturlarında xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin sayının artırılması planlaşdırılır. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər. Zabit heyətin sayının neçə nəfər artırılacağı və onların NATO-nun hansı strukturlarına təyin ediləcəyi barədə məlumat verilməyib.

 

Nazirlikdən bildirilib ki, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ötən il 100-dək tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 1 000-dən artıq nümayəndəsi iştirak edib. Bu il isə 90 tədbirdə Müdafiə Nazirliyinin 900-ə yaxın hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur. Bu tədbirlərdə 81-i xarici dövlətlərdə, 9 tədbirin isə Azərbaycanda keçirilməsi planlaşdırılır.

 

Apa.az