Azərbaycan Ümümdünya İqtisadi Forumun rəqabətə davamlılıq reytinqində 39-cu yerə yüksəlib

Posted by

Azərbaycan Ümümdünya İqtisadi Forumun rəqabətə davamlılıq reytinqində 39-cu yerə yüksəlib

Azərbaycan Ümümdünya İqtisadi Forumun rəqabətə davamlılıq reytinqində 39-cu yerə yüksəlibAzərbaycan Ümümdünya İqtisadi Forumun rəqabətə davamlılıq reytinqində 39-cu yerə yüksəlib

Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2013-2014-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 148 ölkə arasında 39-cu olub.

Trend-in məlumatına görə, ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini yeddi pillə yaxşılaşdırıb ki, bu da ölkədə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir. UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan öz mövqeyini 10 pillə yaxşılaşdıraraq ilk onluğa (səkkizinci yer) daxil olub ki, bu da çox yaxşı göstəricidir.

Hesabata görə, əmək bazarının effektivliyinə görə, Azərbaycan 30-cu yerdə mövqe tutur.
İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 60-cı, texnologiya səviyyəsinə görə, 50-ci, təsisatların keyfiyyətinə görə 59-cu yerdə tutur.

Azərbaycan rəqabətə davamlılıq indeksinə görə artıq beş ildir ki MDB ölkələri arasında liderdir, daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (64-cü yer), Gürcüstan (72-ci yer), Ermənistan (79-cu yer), Ukrayna (84-cü yer) və s.