Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi snayper tüfənglərinin çeşidini artırır

Posted by

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi snayper tüfənglərinin çeşidini artırırAzərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi snayper tüfənglərinin çeşidini artırır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi snayper tüfənglərinin çeşidini artırır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yerli snayper tüfənglərinin çeşidini artırır.

 

Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov APA-ya bildirib ki, Bakıda ötən həftə keçirilmiş ADEX-2014 I Azərbaycan Müdafiə Sənayesi Sərgisində MSN mühəndisləri tərəfindən yaradılmış və nazirliyin müəssisələrində istehsal olunan 4 snayper tüfəngi nümayiş olunub.

 

Azərbaycanda istehsal edilən snayper tüfənglərindən ikisi – 14.5 mm çaplı «İstiqlal» və 12.7 mm çaplı «Mübariz» snayper tüfəngləri anti-material xüsusiyyətə malikdir.

 

Müşavirin sözlərinə görə, digər iki snayper tüfəngi isə 2012-ci ilin sonlarında ilk dəfə təqdim edilmiş «Yalquzaq» snayperi və ilk dəfə ADEX-2014 sərgisində nümayiş etdirilən «Yırtıcı» adlı snayper tüfəngidir.

 

Apa.az