Azərbaycan ilə Braziliya arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elnur Sultanov mayın 15-də bu ölkənin Gəlirlər üzrə Federal Agentliyinin katib müavini, gömrük xidmətinin rəisi Ernani Çekkukki ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hüquq-müqavilə bazasının yaradılması və qarşılıqlı səfərlərin həyata keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfir E.Sultanov ölkəmizin bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş və Azərbaycan ilə Braziliya arasında əməkdaşlıq üçün gömrük sahəsində potensialın olduğunu bildirmiş, bir sıra konkret təşəbbüslər irəli sürmüşdür.

E.Çekkukki Braziliyanın Azərbaycan ilə gömrük sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulamış, yaxın zamanda Azərbaycana səfər edəcəyini və bu səfərin ikitərəfli əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.

AzərTac.az