Azərbaycan hərbçiləri Türkiyə və Rumıniyaya gedir

Posted by

Azərbaycan hərbçiləri Türkiyə və Rumıniyaya gedirAzərbaycan hərbçiləri Türkiyə və Rumıniyaya gedir

Azərbaycan hərbçiləri Türkiyə və Rumıniyaya gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

 

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı, noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.

 

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Trend.az